İsrail ordusu Tehranda hədəfləri sıradan çıxarıb Dünya

İsrail ordusu Tehranda hədəfləri sıradan çıxarıb

İranın ərazisinə endirilən son aviazərbələr nəticəsində “Zar-Allah” Komanda Mərkəzinə aid olan və Tehranın hücumlardan qorunması məqsədinə xidmət edən bir neçə analoji mərkəz sıradan çıxarılıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda bildirilib.

O da qeyd edilib ki, İnqilab Keşikçiləri Korpusunun tabeliyində olan və ölkənin xaricdən yönələn hücumlardan müdafiəsinə xidmət edən "Seyyid əl-Şuhəda" hərbi birləşməsi tamamilə zərərsizləşdirilib.

Məlumatda, həmçinin, İsrail Müdafiə Qüvvələrinin İranın hərbi gücünün zəiflədilməsi və ölkənin təhlükəsizliyinin qorunması istiqamətindəki adddımları davam etdirildiyi diqqətə çatdırılıb.