

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin mümkünlüyünü dəyərləndirib.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, Ukrayna ilə işlərini ekspertlər səviyyəsində davam etdirdiklərini ifadə edən Peskov, "İstanbulda əldə olunan razılaşmaların həyata keçirilməsi prosesi davam edir. Əsir və cəsədlərin dəyişdirilməsi prosesi davam edir" deyib.
Ukrayna ilə danışıqların yeni raundunun tarixinin hələ müəyyən edilmədiyini qeyd edən Peskov, "Düşünürük ki, üçüncü raund danışıqları bu həftə bəlli olacaq. Ona görə də işimizi davam etdiririk" deyə vurğulayıb.
Putinlə Trampın görüşünün ancaq danışıqlar prosesi başa çatdıqdan sonra baş tutacağını qeyd edən Kreml sözçüsü, Ukrayna ilə bağlı qarşıya qoyduqları hədəflərə çatmaq üçün çalışdıqlarını bildirib.