İsrailin İranla dialoqu bərpa etməsi üçün əsas tələbi məlum oldu Dünya

İsrailin İranla dialoqu bərpa etməsi üçün əsas tələbi məlum oldu

FT: İsrail, danışıqlar zamanı İrandan zənginləşdirilmiş urandan imtina etməyi tələb edə bilər.

İsrail hakimiyyəti, danışıqlar prosesi bərpa olunacağı təqdirdə, İran tərəfinin zənginləşdirilmiş urandan imtina etməsini tələb edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti İsrail hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

“Məqalədə qeyd olunur ki, bir israilli rəsminin sözlərinə görə, əgər Tehran və Vaşinqton danışıqları bərpa etsə, Baş nazir Benyamin Netanyahu, Tehranın bütün yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkə xaricinə çıxararaq orada saxlanmasını israrla tələb edə bilər.”

Bundan əvvəl FT xəbər vermişdi ki, İran iyunun 22-nə keçən gecə ABŞ-ın raket zərbələrindən öncə Fordo nüvə zənginləşdirmə zavodundakı avadanlıqları və uranı çıxarmağa nail olub.

Bazar gününə keçən gecə ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə zərbə endirib. Əsas hədəf isə uranın zənginləşdirildiyi Fordo zavodu olub. Zavodun sentrifuqalar yerləşən zalı 100 metrlik qaya təbəqəsi və dəmir-betonla qorunduğuna görə bombardmanlara qarşı demək olar ki, toxunulmaz hesab olunurdu.

Məryəm Quliyeva