Siqaret qaçaqmalçılığı ilə bağlı iş adamı Ruslan Eyyubov həbs edilib
Azərbaycana 41 kq narkotik keçirən İran vətəndaşı saxlanılıb - VİDEO
Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Prezident: Gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından qurtarmaq üçün çalışmışıq
23 İyun 16:08
2 380
Vanda Insights şirkətinin rəhbəri Hari: Neftin qiymətlərində kəskin artım riski azdır
Dünya neft qiymətlərində kəskin artım riski hazırda azdır, çünki İran rəhbərliyinin öz əsas neft satış kanalı olan Hörmüz boğazını bağlamaq ehtimalı çox aşağıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri analitik şirkət Vanda Insights-ın təsisçisi və rəhbəri Vandana Hari CNN-ə bildirib.
O qeyd edib ki, İran ixracatçıları əsasən nefti Hörmüz boğazı vasitəsilə satmağa çox bağlıdırlar. Əgər bu marşrut bağlanarsa, onlar neft satışından böyük gəlir itirəcək və Yaxın Şərq ölkəsinin büdcəsi daxilolmalardan məhrum qalacaq. “İranın Hörmüz boğazını bağlaması ehtimalı çox aşağıdır,” — deyə Hari yekunlaşdırıb.
Məryəm Quliyeva