Bu gün Haaqada NATO liderlərinin növbəti sammiti keçiriləcək Dünya

Bu gün Haaqada NATO liderlərinin növbəti sammiti keçiriləcək

Bu gün Niderlandın Haaqa şəhərində NATO-ya üzv ölkələrin liderlərinin sammiti keçiriləcək.

APA xəbər verir ki, tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də alyansda təmsil olunan 32 ölkənin lideri iştirak edəcək.

İki gün davam edəcək sammit iyunun 25-də yekunlaşacaq.

Toplantıda kollektiv təhlükəsizliyin gücləndirilməsi ilə yanaşı, digər aktual məsələlər müzakirəyə çıxarılacaq.