Ötən gün bank kartlarından 10 min manatdan çox pul oğurlanıb Hadisə

Ötən gün bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

Bank kartlarından oğurluq davam edib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 23-də vətəndaşların bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiber üsulla oğurlanıb:

"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz".