12 Noyabr 16:44
12 Noyabr 16:37
24 İyun 2025 11:31
3 808
“Hazırki vəziyyət onilliklərdən bəri, dünyanın üzləşdiyi ən mürəkkəb geosiyasi situasiyadır”.
APA xəbər verir ki, bunu Dünya İqtisadi Forumunun rəhbəri Borge Brende “AFP” xəbər agentliyinə verdiyi açıqlamada deyib.
“Biz iqtisadi böyüməni təmin edə bilməsək, təəssüf ki, növbəti onillik çətin keçəcək. Hələlik ABŞ prezidentinin tariflərinin mümkün təsirlərini proqnozlaşdırmaq tezdir. Çünki, bu mövzu ətrafında Vaşinqtonla danışıqlar hələ də gedir. Çinə gəldikdə isə deyə bilərik ki, Çin iqtisadiyyatı bu ilki qlobal iqtisadi böyümənin 30 faizini təşkil edəcək. Çin doğrudan da mühüm ölkədir”- DİF sədri bildirib.
Qeyd edək ki, bu ay Dünya Bankı qlobal iqtisadi böyümə ilə bağlı proqnozunu dəyişərək, 2.7 faizdən 2.3 faizə endirib.
12 Noyabr 16:12
763
12 Noyabr 14:58
875
12 Noyabr 14:43
840