

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya Prezidenti Vladimir Putin qarşıdakı 5 il ərzində NATO-nu sınağa çəkmək məqsədilə alyansın üzvü olan bir ölkəyə hücum edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, Zelenski bu barədə Britaniyanın Sky News telekanalına verdiyi müsahibədə danışıb. O, Rusiya-Ukrayna müharibəsi və NATO müttəfiqlərinin yeni müdafiə strategiyaları ilə bağlı fikirlərini bölüşüb.
NATO ölkələrinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-lərinin 5 faizinə çatdırmaq planlarını “çox yavaş” adlandıran Zelenski bildirib:
“Biz inanırıq ki, 2030-cu ildən etibarən (Rusiya Prezidenti Vladimir) Putin daha böyük hərbi imkanlara malik ola bilər. Hazırda Ukrayna onu məşğul edir, ordusunu hazırlamaq üçün kifayət qədər vaxtı yoxdur.”
Zelenski vurğulayıb ki, Putin NATO-nun həmrəyliyini sınamaq üçün qarşıdakı 5 il ərzində bir üzv ölkəyə hücum edə bilər.
İsrail-İran böhranı və ümumilikdə Yaxın Şərqdəki genişmiqyaslı müharibənin Ukraynaya mümkün təsirləri barədə suala cavab verən Zelenski, ABŞ da daxil olmaqla müttəfiqlərdən gələn yardımın azala biləcəyini başa düşdüyünü və bunun Ukrayna üçün çətinlik yaradacağını qeyd edib.
Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı sualdan yayınaraq, onu tənqid etməkdən çəkinib. Əvəzində Trampın Putinlə münasibətlərinə toxunaraq, onları “qısamüddətli tərəfdaşlar” kimi xarakterizə edib, lakin onların dost olmadığını vurğulayıb.
Məryəm Quliyeva