2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
28 İyun 2025 16:35
2 520
Almaniyada NATO-ya üzv dörd ölkənin iştirakı ilə hərbi təlimlərə start verilib. Təlimlər çərçivəsində təxminən 1200 hərbçi və 500-ə yaxın texnika iştirak edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya ordusuna (Bundesver) istinadən NTV məlumat yayıb.
Məlumata görə, hərbçilər ağır hərbi texnika vasitəsilə Reyn çayını keçməyə başlayıblar. Təlimlərin növbəti mərhələsində çay üzərində bərələr və körpülər qurulacaq. Daha sonra NATO qüvvələrinin Vezer çayını da keçəcəyi gözlənilir.
İki həftə davam edəcək təlimlər zamanı Almaniya, Böyük Britaniya, Niderland və İtaliya hərbçiləri geniş su maneələrini keçmək üzrə taktiki hazırlıq həyata keçirəcəklər.
Qeyd edək ki, bir neçə gün əvvəl Finlandiyada NATO-nun genişmiqyaslı hava təlimləri – “Atlantic Trident” və “Itakaira-2025/2” başa çatıb. Həmin təlimlər zamanı Rusiya hava hücumundan müdafiə sisteminin aşılması senariləri üzərində işlənilib. Təlimlərə ABŞ, Fransa, Britaniya və Finlandiya hava qüvvələrinin 40-dan çox qırıcı və RQ-4D Phoenix kəşfiyyat PUA-sı cəlb olunmuşdu.
Məryəm Quliyeva