20 Aprel 15:36
28 İyun 2025 22:08
3 493
Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində ilk matçına çıxıb.
Xalqcebhesi.az Qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Lüksemburqun “Saar” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.
Emreli əsas heyətdə yer alıb. O, ilk 45 dəqiqədə meydanda olub. İkinci hissədə isə almanların heyəti tamamilə dəyişib. Emreli ilk hissəsi 6:0 hesabı ilə yekunlaşan matçda komandasının 5-ci qolunu (43-cü dəqiqədə) vurub.
Matçın yekun nəticəsi isə 19:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.
Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ilk oyunu olub.
20 Aprel 17:49
1 008
20 Aprel 12:39
1 162
20 Aprel 12:38
1 169