

Şabranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
“Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində "VAZ-Niva", "KamAz" və
"Mercedes Atego" markalı avtomobillərin iştirakı ilə baş verən yol qəzasında Ağakişiyev Əmrulla Mustafa oğlu, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
16:02
Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, "VAZ-Niva" markalı minik avtomobili və iki yük maşını toqquşub.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.