Fitso: Rusiya qazından imtina qərarından ən çox Slovakiya zərər görəcək Dünya

Fitso: Rusiya qazından imtina qərarından ən çox Slovakiya zərər görəcək

Slovakiya Avropa İttifaqının Rusiya qazının idxalından imtina etməsi qərarından ən çox zərər görəcək ölkə olacaq.

APA xəbər verir ki, bunu ölkənin Baş naziri Robert Fitso bildirib.

Baş nazir Aİ-nin Rusiya qazından imtina etmək qərarını "öz ayağına atəş açmaq" kimi qiymətləndirib.