Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
30 İyun 2025 09:29
1 701
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Türkiyəyə “Eurofighter Typhoon” qırıcılarının satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmindir.
“Report”un məlumatına görə, diplomat bunu Ankaraya səfəri ərəfəsində “Hürriyet” qəzetinə açıqlamasında deyib.
"Biz “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı məsələsində irəliləyişə nail olmağa davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşının hamısı bu satışı dəstəkləyəcək", - D.Lemmi qeyd edib. Onun fikrincə, Türkiyəyə “Eurofighter”in satışı "NATO-nun əsas müttəfiqləri arasında onilliklər boyu inkişaf edən dostluq əlaqələrini gücləndirəcək".
Qeyd edək ki, Böyük Britaniya, İspaniya və İtaliya əvvəldən Ankaraya qırıcıların satışına qarşı olmayıb, lakin “Eurofighter”i istehsal edən konsorsiumun iştirakçısı olan Almaniya bu sövdələşməyə icazə verməyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə bəyan edib ki, Ankara qırıcıların alınması ilə bağlı danışıqları davam etdirir və onların müsbət nəticələnəcəyinə ümid edir.