Rusiya HHM sistemləri 91 Ukrayna PUA-sını məhv edib Dünya

Rusiya HHM sistemləri 91 Ukrayna PUA-sını məhv edib

Ukrayna Silahlı Qüvvələrinin dronları Qara dəniz akvatoriyası, Belqorod, Lipetsk, Moskva və digər Rusiya vilayətləri üzərində məhv edilib.

Keçən gecə Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri Ukraynanın 91 ədəd pilotsuz uçuş aparatını (PUA) məhv edib və yaxalayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndələri məlumat verib.

“Mövcud gecə ərzində növbətçi HHM vasitələri tərəfindən 91 ədəd təyyarə tipli Ukrayna pilotsuz uçuş aparatı məhv edilib və yaxalanıb,” – deyə hərbi qurumdan bildirilib.

Məryəm Quliyeva