

Pakistanda musson yağışları daşqınlara səbəb olub.
Dawn qəzetinin məlumatına görə, Pəncab Fəlakət İdarəetmə İdarəsinin (PDMA) sözçüsü Faruk Əhməd əyalətdə davam edən yağışlarla bağlı açıqlama verib.
Pəncabda son 24 saatda 28 nəfərin öldüyünü, 90 nəfərin isə yaralandığını bildirən Əhməd, çox sayda insanın dam və divarın çökməsi nəticəsində öldüyünü qeyd edib.
PDMA leysan səbəbindən çayların daşması ehtimalı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.