

Böyük Britaniya hökuməti növbəti ümumi seçkilərdə səsvermə yaşının 18-dən 16-ya endiriləcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, hökumət yazılı açıqlamada demokratiyanın modernləşdirilməsinə yönəlmiş dəyişikliklər çərçivəsində ölkədəki bütün seçkilərdə 16 yaşlı gənclərə səsvermə hüququ veriləcəyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, bu, artıq işləməklə, vergi ödəməklə, hərbi xidmətdə olmaqla cəmiyyətə töhfə verən gənclərə onları narahat edən məsələlərdə səsvermə hüququ verəcək.
Bəyanatda həmçinin qeyd olunub ki, bu plan dəyişən dünyada demokratik iştirakı artıracaq və Böyük Britaniya demokratiyasına inamı bərpa etməyə kömək edəcək.
Məryəm Quliyeva