Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
17 İyul 18:14
1 953
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun döyüş şəraitində sınaqdan keçirilmiş Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarını almasını, Kiyevin isə əvəzində ABŞ-dən silah əldə etməsini nəzərdə tutan sövdələşməni müzakirə edirlər.
“Report” xəbər verir ki, bunu V.Zelenski “New York Post”a müsahibəsində bildirib.
V.Zelenski qeyd edib ki, onun Trampla son danışıqlarında hər bir ölkənin aviasiya texnologiyalarını gücləndirməyə kömək edəcək razılaşma diqqət mərkəzində olub.
Ukrayna lideri bildirib ki, pilotsuz uçuş aparatları onun ölkəsinə üç ildən çoxdur ki, Rusiyanın hücumunu dəf etməyə imkan verən əsas vasitədir.
"Biz bu təcrübəni Amerika və digər avropalı tərəfdaşlarla bölüşməyə hazır olacağıq", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, Ukrayna Danimarka, Norveç və Almaniya ilə də danışıqlar aparır.