Rusiya Ukraynaya daha 1000 hərbçinin meyitini təhvil verib Dünya

Rusiya Ukraynaya daha 1000 hərbçinin meyitini təhvil verib

Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin daha 1000 hərbçisinin meyitini Ukraynaya təhvil verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi 19 rusiyalı hərbçinin meyitini Moskvaya təhvil verib.