

Alyaska yarımadasından 87 kilometr cənubda 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Alyaskanın cənub sahillərində 7,3 bal gücündə zəlzələ olduğunu bildirib.
USGS-dən verilən açıqlamada zəlzələnin yerli vaxtla saat 12:37-də və 36 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Alyaskanın 87 kilometr cənubunda baş verən güclü zəlzələdən sonra verilən sunami xəbərdarlığı ləğv edilib.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilmir.
Məryəm Quliyeva