İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
17 İyul 2025 18:11
2 891
“Kür” həndbol klubunun kişi və qadınlardan ibarət komandaları bir neçə oyunçu ilə yolları ayırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2024/2025 mövsümü başa çatdıqdan sonra Bojidar Lekoviç, Borislav Urta, Anar Tağıyev, Oqnyen Lekoviç, Mile Mıyuşkoviç, Sergey Dubovik və Bojidar Simiç kişilərdən ibarət komandanı tərk edib.
Qadın komandasında isə Leonora Rahmani, Tamara Radonyiç, İvana Mitroviç və Militsa Rayçeviçlə yollar ayrılıb.
Qeyd edək ki, “Kür”ün həm kişilərdən, həm də qadınlardan ibarət komandaları Avropa Kubokunda mübarizəyə II təsnifat mərhələsindən başlayacaqlar. Ölkə çempionatının bürünc mükafatçısı olan qadınlardan ibarət komanda Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə üz-üzə gələcək.
Azərbaycan çempionu olmuş kişilərdən ibarət kollektiv isə “Balatondyured” (Macarıstan) - “Beykoz” (Türkiyə) duelinin güclüsü ilə qarşılaşacaq.
16 Yanvar 20:36
1 575
16 Yanvar 18:03
1 638
16 Yanvar 17:22
1 708