

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiya Müdafiə Nazirliyi: Hava Hücumundan Müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin 72 pilotsuz təyyarəsini məhv edib
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 05:40-dan Moskva vaxtı ilə saat 18:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 72 təyyarə tipli pilotsuz uçan aparatını məhv edib və ələ keçirib”, - deyə məlumatda bildirilir.
Leninqrad vilayəti ərazisi üzərində 51 pilotsuz təyyarənin vurulduğu bildirilir.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko iyulun 27-də səhər Leninqrad vilayətində PUA-nın hücumu təhlükəsi olduğunu bildirib. Daha sonra o, hava hücumundan müdafiə sistemlərinin bölgə səmasında Ukraynaya məxsus 10-dan çox pilotsuz təyyarənin qarşısını aldığını və məhv etdiyini bildirib. Məlum olub ki, Lomonosovski rayonunda vurulan pilotsuz təyyarənin parçalarının yerə düşməsi nəticəsində özəl sektorda yanğın başlayıb. Dağıntılar Qatçina və Voyskovitski qəsəbəsində də qeydə alınıb.
Bunun fonunda Pulkovo hava limanı fəaliyyətini dayandırıb. Daha sonra hava limanının mətbuat xidməti məhdudiyyətlərə görə 57 reysin gecikməsinə aydınlıq gətirib.
Məryəm Quliyeva