

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ən azı 84 miqrant Mərakeşdən İspaniyanın Şimali Afrika ərazisi olan Seutaya üzməyə cəhd edərkən lentə alınıb. Miqrantların əksəriyyəti Avropa Birliyinə çatsa da, Ceuta səlahiyyətliləri Madriddən kömək istəyir.
Xalqcebhesi.az İspaniyanın ictimai yayımı RTVE tərəfindən paylaşılan görüntülərdə 54 uşaq və 30 böyüklərin Seutaya çatmaq üçün sərt dənizlərdən keçərək üzməyə cəhd göstərdikləri əks olunub. Mülki Qvardiya qrupları bəzi miqrantları qayıqlarda xilas edərkən, əksəriyyəti şəhərə üzərək daxil olub.
Miqrantlar müvəqqəti məskunlaşma mərkəzlərinə aparılarkən, Seuta administrasiyası miqrasiya təzyiqinə görə mərkəzi hökumətdən dəstək istəyib. Seuta regional hökumətinin üzvü Xuan Rivas, "Bizi tək qoymayın. Bu, dövlət məsələsidir və həll edilməlidir" deyib.
Ötən il avqustun 26-da yüzlərlə miqrant dumandan istifadə edərək Seutaya üzməyə cəhd edib. 2021-ci ildə bir oğlanın plastik şüşələrlə Ceutaya keçmək cəhdi diqqət çəkib.
Melilla və Seuta: Afrikada AB sərhəd keçidləri
Seuta Şimali Afrikadakı yeganə İspaniya ərazisi deyil. Melilla ilə birlikdə Avropa Birliyinin Afrikadakı quru sərhədini təşkil edir. Hər iki şəhərdə təxminən 85.000 insan yaşayır. Üç il əvvəl Melilla sərhəddində hasardan keçməyə çalışan miqrantların izdihamı nəticəsində azı 23 nəfər həlak olmuşdu.
Məryəm Quliyeva