Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir Dünya

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

Britaniya hakimiyyəti Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasından imtina edib.

Bu barədə “The Times” yazır.

Nəşr qeyd edir ki, "Britaniya hərbi rəhbərliyi Ukraynanın liman və şəhərlərini qorumaq üçün 30 min nəfərlik kontingentin yerləşdirilməsi ideyasından imtina edib".

Qəzet yazır ki, bunun əvəzində ölkənin baş naziri Keir Starmer “istəklilər koalisiyası” adlanan müttəfiqlərinə Qərbi Ukrayna səmasında təhlükəsizliyin təmin edilməsi ilə məşğul olmağı, habelə Ukrayna hərbçilərinin təlimi və Qara dənizin minalardan təmizlənməsinə yardım göstərməyi təklif edir.

“Starmer bildirib ki, indi razılaşmanın “real” şansı var və avropalı müttəfiqlər onun həyata keçirilməsində köməklik göstərməyə söz veriblər”, – məqalənin müəllifi əlavə edib.

Cavid