Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb Dünya

Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Pakistanın Gilgit Baltistan əyalətində helikopter qəzaya uğrayıb.

Dawn qəzetinin məlumatına görə, Gilgit Baltistan sözçüsü Faizullah Faraq qəzanın Çilas qəsəbəsində baş verdiyini bildirib.

Bölgə polisindən Əbdül Həmid bölgə administrasiyasına məxsus helikopterin yeni uçuş-enmə zolağına enməyə cəhd edərkən qəzaya uğradığını və ilkin məlumatlarda 5 nəfərin öldüyünü bildirib.

Ə.Həmid qeyd edib ki, qəzadan sonra polis və axtarış-xilasetmə qrupları hadisə yerinə gəlib.

Qəzanın səbəbləri ilə bağlı təfərrüatlar açıqlanmasa da, bəzi səlahiyyətlilər bunun texniki xəta ilə bağlı olduğunu iddia edirlər.