Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun gəlirləri artıb, xərcləri azalıb İqtisadiyyat

Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun gəlirləri artıb, xərcləri azalıb

2024-cü ildə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun (ƏMMDF) gəlirləri 10,651 milyon manat, xərcləri isə 3,443 milyon manat olub.

Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6 % çox və 3,7 dəfə azdır.

Ötən il ƏMMDF-nin qeyri-birja əməliyyatlarından gəlirləri 10,490 milyon manat (əvvəlki ilə nisbətən 5,9 % çox), sair əməliyyatlardan gəlirləri isə 160 min manat (11,9 % çox) təşkil edib.

2024-cü ildə ƏMMDF-nin əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 2023-cü illə müqayisədə 2,1 dəfə artaraq 942 min manat, maliyyə yardımları və sair transfer ödənişləri 265 min manat (əvvəlki il olmayıb), sərf etdiyi materialların dəyəri 25 % azalaraq 3 min manat, amortizasiya xərcləri 6,3 % artaraq 8 min manat, sair əməliyyat xərcləri isə 5,5 dəfə azalaraq 2,224 milyon manat olub.