

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Federasiyası, Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-a qarşı heç bir sui-qəsd planlaşdırmır. Kreml, ABŞ prezidenti Donald Trampın bu barədəki sözlərinin ciddi olmadığını ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Ümid edirik ki, bu sözlər məcazi mənada deyilmişdir, çünki heç kim heç bir sui-qəsd qurmur," – deyə Kremlin nümayəndəsi əmin edib.
"Rusiyanın Şərqdəki tərəfdaşları, xüsusilə Çin Xalq Respublikası və digər ölkələrlə, o cümlədən Koreya Xalq Demokratik Respublikası ilə münasibətləri, həmçinin ŞƏT, BRİKS və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq kiməsə qarşı yox, ümumi xeyir naminə həyata keçirilir."
Məryəm Quliyeva