Tramp: Pekindəki parad mənim üçün uyğun olmayan bir yer olardı Dünya

Tramp: Pekindəki parad mənim üçün uyğun olmayan bir yer olardı

ABŞ prezidenti Donald Tramp Pekində keçirilən hərbi paradın onun üçün uyğun olmayan yer olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Heç vaxt gedəcəyimi düşünməmişdim. Bu, mənim üçün uyğun olmayan bir yer olardı", -Tramp əlavə edib.

Qeyd edək ki, dünən Çin Xalq Azadlıq Ordusunun Yaponiya təcavüzünə qarşı Çin Xalq Müqavimət Müharibəsində və Ümumdünya Antifaşist Müharibəsində Qələbəsinin 80 illiyi münasibətilə Tiananmen meydanında genişmiqyaslı hərbi parad keçirib.

Tədbirdə Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin, eləcə də daha 24 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.