Kyodo: Yaponiya XİN Çin və Rusiyanın dünya nizamına rəhbərlik etmək cəhdindən narahatdır Dünya

Kyodo: Yaponiya XİN Çin və Rusiyanın dünya nizamına rəhbərlik etmək cəhdindən narahatdır

Yaponiyanın Xarici İşlər Nazirliyi, Çində keçirilən və Çin xalqının yapon işğalçılarına qarşı müharibədə və İkinci Dünya Müharibəsində qələbəsinin 80 illiyinə həsr olunmuş hərbi paradı "qlobal parçalanmanın simvolu" kimi qiymətləndirib və Çinlə Rusiyanın yeni dünya nizamına rəhbərlik etməyə çalışdığından narahat olduqlarını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Çin və Rusiya yeni dünya nizamına rəhbərlik etməyə çalışır,” – agentlik yaponiyalı rəsmilərdən birinin sözlərini sitat gətirib.

Kyodo-nun məlumatına görə, Yaponiya XİN-dən digər yüksək vəzifəli bir nümayəndə də Pekindəki paradın, dünya üzrə qeyri-sabit vəziyyət fonunda qlobal parçalanmanın simvoluna çevrildiyini bildirib.

Nazirlik həmçinin Şimali Koreya lideri Kim Çen Inın Pekinə səfərini gözlənilməz hesab edib. Çünki Yaponiyada hesab olunurdu ki, Pxenyanın Moskva ilə yaxınlaşması fonunda Çinlə münasibətlərdə soyuqluq yaranıb. Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, beynəlxalq ictimaiyyətə mümkün təsiri izləməyə davam edəcəklər.

Məryəm Quliyeva