Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 20% artıb Cəmiyyət

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 20% artıb

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 12% daha çox sərnişin daşıyıb.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, cari ilin avqustunda ADY 734 218 sərnişin daşıyıb.

Məlumata görə, bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi isə (6 212 865 sərnişin) keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 20% artıb