
“Məktəb öz funksiyasını tam yerinə yetirmir”
3 Sentyabr 23:45
Paşinyan: “Ktriç Nersisyan katalikos postunu tərk etməlidir”
Qısa fasilədən sonra Ermənistanın baş naziri Nikol Paşinyan yenidən II Qareginlə “müharibə”sini davam etdirib. Paşinyan avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərlə söhbəti zamanı deyib ki, Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktriç Nersisyan (II Qaregin) katalikos postunu tərk etməlidir”.
"Bəli, mənim müəyyən planlarım var. Amma onlar Ermənistan Respublikasında çoxlarının təsəvvür etdiyi çərçivəyə sığmır. Bəli, Ktriç Nersisyandan katalikosluqdan azad edilməlidir”, - Paşinyan vurğulayıb.
Baş nazir deyib ki, yaxın gələcəkdə bu prosesə rəhbərlik edəcək.
Hələ iki ay öncə Paşinyan deyib ki, bəziləri Ermənistan Müqəddəs Apostol Kilsəsini riyakarlıqdan və fariseyçilikdən azad etmək prosesində guya türk və ya Azərbaycan izi axtarmağa çalışır. O qeyd edib ki, bəziləri kilsədə baş verən eybəcərlikləri ört-basdır etmək istəyir: “Məhz bu, fariseyçiliyin ən açıq təzahürüdür – azərbaycanlı və ya türk arqumentlərindən istifadə edərək öz çirkablarını Ermənistan cəmiyyətindən gizlətmək cəhdidir. Bu metodu istifadə edənlər eyni zamanda xarici qüvvələrə sağlam ictimai müzakirələri pozmaq, hər cür islahatları boğmaq və Ermənistan Müqəddəs Apostol Kilsəsini bu gün olduğu kimi çıxılmaz vəziyyətdə saxlamaq imkanı yaradırlar. Ermənistanın və onun Apostol Kilsəsinin inkişafını istəməyən qüvvələr üçün kilsənin müqəddəsliklərini murdarlamış Ktriç Nersisyan (II Qaragen – red.) və onun kimiləri – keşiş libasında gizlənmiş şəxslər – əsl hədiyyədir. Bəziləri Ktriç Nersisyanı müdafiə mövqeyindən çıxış edir. Nəyi müdafiə edirsiniz? Kimi müdafiə edirsiniz? Yalanı, saxtakarlığı, murdarlığı? Bu yolla siz özünüzü müdafiə edirsiniz və heç bir şansınız yoxdur. Ermənistan Müqəddəs Apostol Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Ktriç Nersisyan isə katolikos iqamətgahını tərk etməlidir.
P.S. Bir çoxu düşünür ki, mənim yeni bir katolikos namizədim var. Təəssüf ki, namizədim yoxdur. Amma katolikosun necə biri olmalı olduğuna dair təsəvvürüm var: Allaha inanan bir insan, İsa Məsihin davamçısı olan biri, fırıldaqçı və sələmçi deyil, kilsəyə xidmət edən, imanlı və mömin bir ruhani - keşiş libasında gizlənmiş günahkar yox. Və biz mütləq dindar və Allahdan qorxan bir katolikos sahibi olacağıq”.
Ermənistan parlamentinin sədri Alen Simonyan da Apostol Kilsəsinin yeni katolikosuna ehtiyac olduğunu deyib.
“Bu gün özlərini “eşşək” kimi aparan və yüksək dəyərlərdən, müqəddəsliklərdən, hətta kainatdan danışan, birdən-birə subaylıq şəraitində dayı arvadı və ya uşağı ilə bağlı suala cavab verməmək və qorunması mümkün olmayan şeyi qorumağa çalışan bütün kilsə xadimləri, şəxslər yeni reallıqla üzləşəcək və ya köhnəsi ilə birlikdə gedəcəklər. Ən yaxşısı susmaqdır”, - deyə Simonyan özünün Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Eçmiədzində kiməsə “təhlükə keçənə qədər mağaralarda gizlənmək” taktikası nəyisə dəyişəcək kimi gəlirsə, səhv edir.
“Əgər bu dairələrdə qanunsuz hərəkətlərin edilməsinin bir həll yolu olduğuna və qara keşiş paltarının qanun qarşısında məsuliyyətdən azad edəcəyinə inanan biri varsa, o, daha da çox yanılır. Ona görə də nə qədər tez reallıqla üzləşsəniz, hamınız üçün bir o qədər asan olacaq”, - deyə Simonyan bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bütün ertmənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda və övlad sahibi olmaqda ittiham edib. Bundan əvvəl isə yepiskopun öz dayısının arvadı ilə intim münasibətdə olduğu haqda senzuradankənar statusu ilə gündəm yaratmışdı.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda yenidən hakimiyyət - kilsə qarşıdurması başlayır: "Ermənistan Baş naziri Paşinyan avqustun 28-də hökumətin iclasından sonra mətbuat konfransında bir neçə məsələyə toxunub. Xüsusilə, Erməni Apostol Kilsəsinin başçısı II Qareginlə bağlı mövqeyinin dəyişmədiyini vurğulamasıdır. Məhz II Qareginin vəzifədən getməsi üçün əlindən gələni edəcəyini, yaxın zamanda bunun nəticəsinin olacağını qeyd etdi. Görünən odur ki, sentyabr ayından başlayaraq Paşinyanın yenidən Kilsənin üzərinə getməsi gözlənilir. Ermənistanda keçiriləcək seçkilərə kimi II Qareginin istefaya göndərməsi mümkün ola bilər. Həmçinin Kilsənin üzərinə getməklə, onun müxalifətə dəstəyini də neytrallaşdıra bilər. Məhz Paşinyanın da məqsədi budur”.
O, qeyd edib ki, Ermənistan Apostol Kilsəsində islahatlar N.Paşinyan üçün xüsusi siyasi əhəmiyyət kəsb edir. O, kilsənin Rusiyanın aventurasından təmizləməyi hədəfləyib. N.Paşinyan Kilsəni Rusiyanın siyasi qalası hesab edir. Bununla o, kilsəni milliləşdirməyin vacibliyini önə çəkir. Bundan əlavə, baş nazir ölkəsinin Avrasiya İttifaqından çıxacağını anonsunu verdi. Bu, Rusiya -Ermənistan əlaqələri kontekstdə önəmli bir açıqlamadir. O, ölkəsinin Avropa İttifaqına üzvülüyünə maraqlı olduğunu və hər iki təşkilatda ola bilməyəcəyini bəyan etdi. Göründüyü kimi, N.Paşinyan Avrasiya İttifaqını deyil, Avropa İttifaqını seçdiyini mesajını verdi: “Azərbaycanla məsələlərə gəldikdə isə, senytabrda sülh mətnindən irəli gələn məsələlər barədə birgə işləyəcəklərini qeyd etdi. Azərbaycanın anklav kəndlərinin qaytarılmasının vacibliyini önə çəkdi. Paşinyanın önəmli bəyanatınndan biri 10 noyabr Birgə Bəyannamədən imtina etməsidir. Artıq, Ermənistan Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan çıxdı. Bununla da Rusiya üçün önəmli olan 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndi iflasa uğradı. Onsuz da Azərbaycan üçün 10 noyabr Birgə Bəyannamənin siyasi əhəmiyyəti qalmayıb. Zəngəzur dəhlizinin açılması razılaşdırılıb və sülh mətni paraflanıb. Hazırda, Ermənistan Azərbaycan qarşısında iki məsələni həll etməlidir. Birinci, Konustitusiya referendumuna gedib, Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. İkici, anklav və esklav əraziləri qaytarmalıdır. Ermənistan iki ölkə arasında sülh olduğunu, amma fikir ayrılıqlarının olduğunu bildirdi. Görünür, fikir ayrılıqları delimitasiya -demarkasiya məsələləri ilə bağlıdır. Demək olar ki, sentyabr ayından Ermənistanla birbaşa danışıqlar başlayır. Bundan əlavə, payızda Türkiyə -Ermənistan sərhədlərinin açılması istisna deyil".
Cavid