
Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb
8 Sentyabr 21:10
8 Sentyabr 21:10
8 Sentyabr 16:27
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiyanın xarici işlər naziri Sergey Lavrov səudiyyəli həmkarı Ben Farhan Al Saud ilə telefon danışığı keçirib, söhbət zamanı ikitərəfli münasibətlər və Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Nəşr qeyd edir ki, nazirlər çoxşaxəli Rusiya-Səudiyyə münasibətlərinin hazırkı vəziyyətini və möhkəmlənməsini müzakirə ediblər.
Söhbət zamanı Moskva ilə Ər-Riyad arasında siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanılmasının, eləcə də ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın inkişafı istiqamətində birgə işlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Sentyabrın 8-də İsrailin baş naziri Benyamin Netanyahu Hərbi Hava Qüvvələrinin qərargahının bunkerində çıxış edərək Qəzza zolağında güclü quru əməliyyatı elan edib və yerli sakinləri şəhəri tərk etməyə çağırıb.
Bu ərəfədə ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatını Qəzzada sülh razılaşması üçün Amerika şərtlərini qəbul etməyə çağırıb və əlavə edib ki, bu, “son xəbərdarlıqdır”.
Məryəm Quliyeva