

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Pakistanın şərqindəki Pəncab əyalətində güclü yağışların səbəb olduğu daşqınlar səbəbindən son 24 saat ərzində 122 mindən çox insan təxliyə edilib.
Xalqcebhesi.az xəbər verir ki, Pəncab Fəlakət İdarəetmə İdarəsinin (PDMA) baş direktoru İrfan Əli Kathia əyalətin Cəlalpur Pirvala şəhərində daşqınlar səbəbindən aparılan təxliyə işləri ilə bağlı açıqlama verib.
Kathia, son 24 saatda Cəlalpur Pirwaladan 122 mindən çox insanın təxliyə edildiyini və bir çox insanın qohumlarının yanına sığındığını və ya yardım düşərgələrində qaldığını bildirib.
Kathia bildirib ki, keçən aydan bəri Pəncabda daşqınlar səbəbindən 2,2 milyon insan didərgin düşüb, 3900-dən çox kənd su altında qalıb.
Bu arada, keçən aydan bəri daşqınlarda ən azı 61 nəfər ölüb.
Pakistan Milli Fəlakət İdarəsi iyunun 26-da başlayan musson yağışları nəticəsində ölənlərin sayının 910-a çatdığını açıqlayıb.
Məryəm Quliyeva