“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
12 Sentyabr 08:13
2 226
Son günlər Yaxın Şərqdə baş verən hadisələr dünya gündəmini silkələyir. İsrailin əvvəlcə Qəzzaya, ardınca Qətərə, daha sonra isə Livana yönələn hücumları bölgədə yeni reallıqlar formalaşdırır. Bu hücumlar sadəcə hərbi əməliyyat deyil, həm də siyasi mesajdır. İsrail bir daha göstərir ki, təhlükəsizliyi üçün sərhəd tanımır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vasif Əfəndi deyib.
Onun fikrincə, amma diqqətçəkən məqam başqadır. Ərəb dünyası bu addımlar qarşısında çox ehtiyatla davranır. Küçələrdə qəzəb var, ictimaiyyətin reaksiyası aydındır. Lakin hökumətlərin mövqeyi çox zaman yumşaq bəyanatlardan o tərəfə keçmir: "Çünki ərəb dövlətlərinin maraqları bir-birinə ziddir. Bir tərəfdən xalqlarının səsini eşitmək məcburiyyətindədirlər, digər tərəfdən isə iqtisadi sabitlik, enerji təhlükəsizliyi və Qərblə münasibətlər onları ehtiyatlı davranmağa vadar edir. Hərbi baxımdan ABŞ-a asılılıq və antidemokratik mühit onların əlini bağlayır. Beləliklə, “səssizlik divarı” yaranır".
Politoloq qeyd edib ki, İsrail isə bu boşluğu öz xeyrinə istifadə edir. Təhlükəsizlik adı altında regionda güc balansını dəyişməyə, öz mövqeyini möhkəmləndirməyə çalışır. Hücumlar həm daxili siyasətdə hökumətin mövqelərini gücləndirir, həm də xarici tərəflərə sərt mesaj verərək bildirir ki, “təhlükə varsa, cavab olacaq”.
"Azərbaycan üçün bu mənzərə reallıqdan alınan dərsdir. Bizim İsraillə münasibətlərimiz tamam başqa müstəvidədir. Burada əməkdaşlıqdan, texnologiya və enerji layihələri prioritetdir. İsrail-Azərbaycan tərəfdaşlığı praqmatizmin məhsuludur. Ərəb dövlətlərinin Azərbaycanla münasibətləri isə çox zaman rəsmi protokoldan o tərəfə keçmir. Tarixi, dini yaxınlıqlara baxmayaraq, strateji dərinlik yoxdur. Ermənistan-Azərbaycan münaqişəsində bəzilərinin susqun mövqeyi də bunun sübutudur.
Dünyada reallıq budur, kimin gücü var, oyun qaydalarını o müəyyən edir. Ərəb dünyasının susqunluğu, İsrailin sərt mövqeyi və Azərbaycanın çoxvektorlu siyasəti emosiyaların yox, praqmatizmin nəticəsidir".
Cavid