Ukrayna Nikaraqua ilə diplomatik münasibətləri kəsib Dünya

Ukrayna Nikaraqua ilə diplomatik münasibətləri kəsib

Ukrayna rəsmi şəkildə Nikaraqua Respublikası ilə diplomatik münasibətləri dayandırıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında məlumat verib.

Qərarın səbəbi Nikaraquanın Ukraynanın işğal olunmuş əraziləri üzərində Rusiyanın suverenliyini tanımasıdır.