Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər
10 Noyabr 14:40
10 Noyabr 14:40
10 Noyabr 14:33
10 Noyabr 13:33
2 Oktyabr 2025 23:56
2 709
Türkiyənin Bartın şəhərindəki fabriklərin birində kütləvi zəhərlənmə olub.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, fabrikdə çalışan 14 işçi yeni quraşdırılmış maşından çıxan tüstüdən zəhərləniblər.
Onlarda ürəkbulanma, qusma, baş ağrısı qeydə alınıb.
Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.