Bakıda iranlı narkotacirlərlə əlbir olan şəxsdə 20 kq narkotik aşkarlanıb - VİDEO Hadisə

Bakıda iranlı narkotacirlərlə əlbir olan şəxsdə 20 kq narkotik aşkarlanıb - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov yaxalanıb. Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb. A.Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyi müəyyən olunub.