

Rusiya, Ukraynanın nəzarətindəki ərazilərdən 185 Rusiya hərbçisini geri qaytarıb, bunun əvəzində 185 Ukrayna Silahlı Qüvvələri əsiri təhvil alıb.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 20 mülki şəxs geri qaytarılıb.
"Bu il iyulun 23-də İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, 185 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri köçürülüb. Bundan əlavə, 20 mülki şəxs geri qaytarılıb", - məlumatda deyilir.
Hazırda Rusiya hərbçiləri və mülki şəxslər Belarus Respublikasının ərazisindədir və onlara lazım olan psixoloji və tibbi yardım göstərilir. Bütün geri qaytarılan Rusiya hərbçiləri və mülki şəxslər Rusiyaya aparılacaq və orada müalicə və reabilitasiya məqsədilə tibb müəssisələrində müalicə ediləcəklər.
Məryəm Quliyeva