“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
3 Oktyabr 2025 15:43
1 953
ABŞ Prezidenti Donald Trampın administrasiyası, Venesuela mənşəli narkokartellərə qarşı əməliyyatları başladılmasına Pentaqonun müvafiq hərbi qanunlar çərçivəsində icazə verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə The Hill qəzetinin məlumatına əsasən, sənəddə bildirilir.
"Prezident hərbi nazirliyə, narkokartellərə qarşı əməliyyatları həyata keçirmək barədə tapşırıq verib, bunun üçün hərbi münaqişə qanunları tətbiq olunacaq" - deyə sənəddə Konqres üzvlərinə göndərilən bildirişdə qeyd edilir.
Sənəddə həmçinin vurğulanır ki, ABŞ "xüsusi terrorçu təşkilatlarla beynəlxalq olmayan hərbi münaqişəyə" cəlb olunub. Həmçinin, ABŞ-ın "kritik nöqtəyə çatdığı və özünü müdafiə etmək və başqalarını qorumaq üçün qüvvə tətbiq etməyə məcbur olduğu" bildirilir.
Qəzetin qeyd etdiyi kimi, sənəddə hansı narkokartellərin hədəf alınacağı və onların adı göstərilməyib. Pentaqon hələ də bu narkokartellərin siyahısını təqdim etməyib.
Məryəm Quliyeva
9 Yanvar 22:52
1 624
9 Yanvar 21:55
1 477
9 Yanvar 21:24
1 554