Rusiyada yəhudi ibadət obyektlərinə qarşı terror aktlarının qarşısı alınıb Dünya

Rusiyada yəhudi ibadət obyektlərinə qarşı terror aktlarının qarşısı alınıb

Krasnoyarsk və Pyatiqorsk şəhərlərində sinaqoqda və yəhudi dini icmasının binasında terror aktlarının qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin bildirdiyinə görə, terror aktları "Fələstin-İsrail münaqişəsi zamanı zərər çəkmiş Fələstin vətəndaşlarının maraqlarını müdafiə etmək adı ilə" hazırlanırdı.

Əməliyyat tədbirləri nəticəsində Krasnoyarskda Mərkəzi Asiya ölkələrindən birinin iki vətəndaşı saxlanılıb. Onlar şəhər sinaqoqu ərazisində partlayıcı qurğu ilə terror aktı törətməyə hazırlaşırdılar.

Bundan əlavə, Pyatiqorskda Rusiya vətəndaşı saxlanılıb. O, yəhudi dini icmasının binasını "Molotov kokteyli" ilə yandırmaq niyyətində olub.