Ermənistan-Fransa hərbi əməkdaşlığı müzakirə olunub Dünya

Ermənistan-Fransa hərbi əməkdaşlığı müzakirə olunub

Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinye ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Görüş zamanı tərəflər Ermənistan-Fransa müdafiə əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.