"Azərbaycan ilə Rusiyanın dostluq və strateji əməkdaşlığı daha da inkişaf edəcək" Dünya

"Azərbaycan ilə Rusiyanın dostluq və strateji əməkdaşlığı daha da inkişaf edəcək"

Hər görüş simvolik element daşıya bilər, amma əsas olan məzmun və icra iradəsidir. Əgər rəmz bir görüş konkret addımlarla, tədbirlərlə davam edərsə, o artıq simvolik deyil, transformativdir.

Bunu xalqcebhesi.az-a prezidentliyə sabiq namizəd, siyasi ekspert Fuad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüşə münasibətində deyib.

O, qeyd edib ki, bizim məqsədimiz o görüşü simvolik statusda saxlamamaqdır — onun nəticələrini həyata keçirməkdir: "Mən əminəm ki, dövlət orqanlarımız və diplomatik xidmətlərimiz artıq bu istiqamətdə fəaliyyətə başlayacaq.
İki ölkə arasındakı münasibətlərdə sabitlik, davamlılıq və inkişaf əsas şərtdir. Hər iki ölkənin rəhbərliyi vasitəsilə bu görüşdən sonra daha sıx əməkdaşlıq mərhələsinin başlanğıcı qoyuldu.

Bizim üçün vacibdir ki, dövlətlərarası əlaqələr yalnız dövlət səviyyəsində deyil, xalqlar səviyyəsində də möhkəmlənsin — qarşılıqlı hörmət, fayda, açıq kommunikasiya.

İnanıram ki, yaxın gələcəkdə bölgədə sülh və tərəqqi üçün yeni imkanlar yaranacaq və Azərbaycan ilə Rusiyanın dostluq və strateji əməkdaşlığı daha da inkişaf edəcək".

Cavid