17 Oktyabr 2025 08:14
1 470
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüş zamanı Kiyevə istənilən Amerika silahını məhdudiyyətsiz almaq hüququnun verilməsinə dair prinsipial razılıq əldə etməyə çalışacaq.
Bu barədə ABŞ-ın "Axios" portalına Zelenski administrasiyasının rəhbəri Andriy Yermak məlumat verib.
Onun sözlərinə görə, Zelenski ABŞ-dan alınan silahların çeşidini genişləndirmək niyyətindədir.
"Bizə ABŞ-ın siyasi qərarı lazımdır ki, Ukrayna ehtiyac duyduğu istənilən silahı heç bir məhdudiyyət olmadan ala bilsin", – deyə Yermak vurğulayıb.