16 Yanvar 18:19
2 408
Avropa Parlamenti gələn həftəki sessiyasında Qrenlandiya ilə bağlı ABŞ ilə potensial münaqişəni müzakirə edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola Avstriyaya səfəri zamanı keçirilən mətbuat konfransında məlumat verib.
"Qrenlandiya məsələsi çox təcilidir və gündəliyimizin əsas mövzusudur. Biz bunu gələn həftə plenar iclasda müzakirə edəcəyik", - Metsola bildirib.
Məryəm Quliyeva