Zelenski hava müdafiəsi üçün yeni raketlərin gəldiyini açıqlayıb Dünya

Zelenski hava müdafiəsi üçün yeni raketlərin gəldiyini açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski hava hücumundan müdafiə (HHM) sistemləri üçün “ciddi raket paketi” aldıqlarını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "UNİAN" agentliyi yayıb.

“Bu gün səhərə qədər bizdə raketsiz olan bir neçə sistem var idi. Bu gün isə bunu açıq deyə bilərəm, çünki artıq raketlər var”, – deyə o bildirib.

Zelenski qeyd edib ki, Avropa və Amerika ölkələrindən hər bir yardım paketini “çətinliklə əldə edirlər”.

“Bu gün biz ciddi paket aldıq, hazırda bu paket Ukraynadadır. Anlayanda ki, ölkələrin anbarlarında nə qədər ehtiyat var və onlar sadəcə orada saxlanılır, bu paketləri almaq üçün nə qədər səy göstərdiyimizi başa düşürsən”, – deyə Ukrayna lideri vurğulayıb.

Məryəm Quliyeva