Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün xatirəsi anılıb Mədəniyyət

Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün 100 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bazada Mədinə Gülgünün həyat və fəaliyyətinin əsas məqamları, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlar barədə məlumatlar verilir.

Həmçinin məlumat bazasında şairə xanımın müəllifi olduğu, tərcümə və redaktə kitablar, Mədinə Gülgün haqqında qələmə alınan nəşrlər və dövrü mətbuat nümunələri yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xəzan tanımayan həyat”, “Milli poeziyamızın Mədinə Gülgün zirvəsi”, “Vətənə bənd Mədinə Gülgün”, “Balaşın Mədinəsi” kimi məqalələrin tam mətni təqdim edilir.

Məlumat bazasında “İzomateriallar”, “Notlar”, “Şeirlərinə yazılmış mahnılar” “Foto və videoqalereya” kimi bölmələr də nümayiş olunur.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.