Fransa-Azərbaycan əlaqələri: Paris reallığı qəbul edir
22 Oktyabr 23:43
22 Oktyabr 23:43
22 Oktyabr 23:38
22 Oktyabr 23:35
22 Oktyabr 23:32
22 Oktyabr 23:38
700
Türk milləti tarix boyunca çoxlu sınaqlardan keçib, qaranlıq dövrləri arxada qoyub. Bu gün də eyni mənzərə ilə qarşı-qarşıyayıq: hər tərəfdən mühasirəyə alınmışıq, həm daxildən, həm də xaricdən təzyiq altındayıq. İqtisadi oyunlarla, mədəniyyətsizləşdirmə ilə, milli dəyərlərimizə hücumlarla, inanc və kimliyimizə yönəlmiş sistemli bir mübarizənin tam ortasındayıq.
Amma Türk milləti sıradan bir millət deyil. Tarixə baxsanız, hər çətinlikdən sonra bir dirçəlişin, bir yenidən doğuşun gəldiyini görərsiniz. O dirilişin adı – Ergenekondan çıxışdır!
Ergənəkon sadəcə bir dastan deyil, bir millətin yenidən doğmasının, ayağa qalxmasının simvoludur. Amma unutmayaq: hər qaranlığın içində bir işıq var.
Bozqurd – Türkün yolunu tapan, ona yol göstərən simvoldur. Bu gün də bu millətin qarşısını işıqlandıracaq olanlar türkçülərdir. Çünki türkçülük irqçilik deyil; elm, əxlaq, vətən sevgisi ilə türklüyü ən ali dəyər kimi yaşatmaq ideologiyasıdır.
Türkçülük – dilinə, dininə, tarixinə, ənənəsinə sahib çıxmaqdır. Türkçülük – vətəni üçün alın təri tökən, çalışan, istehsal edən, haqqı müdafiə edən, ədaləti yaşadan hər bir türkün ortaq yoludur.
Bu gün türk olmaq bir kimlik deyil, bir məsuliyyətdir, bir şərəfdir. Türkçülər yol göstərən ağıl, könül verən ürəkdir. Onlar millətin dirçəlişini, dövlətin varlığını qoruyan son qalalardır.
Türkün dostu türkdür
Bu coğrafiyada min ildir eyni həqiqəti yaşayırıq: türkün türkdən başqa dostu yoxdur.
Bizi bir-birimizə düşmən etmək istəyənlər, sərhədlərimizi çəkənlər, içinə nifaq salanlar dünən də vardı, bu gün də var. Amma unutduqları bir şey var: Türkün damarlarında axan əsil qan hələ də axır, hələ də qüvvətlidir!
Bu millət dəfələrlə öz külündən doğub, yenə doğacaq. Çünki Türk milləti çətinliklərdən güc alan, imkansızlıqlardan dastan yaradan bir millətdir.
Birləşmə zamanı: Turan ruhu yenidən dirçəlir
Bu gün Türk dünyası oyanır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Türkiyə eyni istiqamətə baxır. Turan ideyası artıq təkcə bir xəyaldan ibarət deyil, bir hədəfə çevrilib.
Bu hədəfi gerçəkləşdirəcək olanlar isə o Türkçü kadrolardır – qəlbində vətən, əlində bayraq, dilində dua olan igidlərdir.
Türk milləti böyük bir sınaqdan keçir. Amma tarix boyu heç bir sınaq türkü məğlub edə bilmədi.
Heç bir zaman da məğlub edə bilməyəcəklər! Çünki bu millətin ruhunda bozqurdların azadlıq nidası, Alp Arslanın cəsarəti, Dədə Qorqudun sözü, Bilgə Xaqanın nəsihəti var...
Serkan Torun
Türkiyə
22 Oktyabr 23:32
854
22 Oktyabr 17:46
1 064
22 Oktyabr 17:23
1 197