Kamçatkada 10 bal gücündə güclü zəlzələlər baş verə bilər Gündəm

Kamçatkada 10 bal gücündə güclü zəlzələlər baş verə bilər

Kamçatka sakinləri 10 bal gücündə zəlzələ ilə bağlı xəbərdarlıq ediblər.

Xalqcebhesi.az "RİA Novosti"-ə istinadən xəbər verir ki, bu xəbərdarlığı Rusiya Elmlər Akademiyasının (FEB RAS) Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun mütəxəssisləri yayıb.

Tədqiqatçıların fikrincə, ən çox risk altında olan şəhərlər Petropavlovsk-Kamçatski, Yelizovo və Vilyuçinskdir.

Kamçatkada son 24 saat ərzində maqnitudası 3,5-5,0 arasında dəyişən 10 yeraltı təkan qeydə alınıb.

Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss edilməyib.

Məryəm Quliyeva