İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamlı iddianamə məhkəmə tərəfindən qəbul edilib Dünya

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamlı iddianamə məhkəmə tərəfindən qəbul edilib

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı irəli sürülən korrupsiya ittihamları ilə bağlı hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, “İmamoğlu mənfəətpərəst cinayət təşkilatı” ilə bağlı aparılan istintaq çərçivəsində 105-i həbsdə olan 407 şübhəli barəsində hazırlanan iddianamə məhkəmə tərəfindən qəbul edilib.

İddialara görə, dövlətin 10 illik müddətdə 160 milyard lirə ziyana salındığı, metro və İstanbul Su Kanalizasiya İdarəsi layihələri üçün alınan kreditlərin təyinatı üzrə istifadə edilmədiyi bildirilir.