Tayvan müdafiəyə əlavə 40 milyard dollar ayırır Dünya

Tayvan müdafiəyə əlavə 40 milyard dollar ayırır

Tayvan administrasiyası ölkənin müdafiə büdcəsinə əlavə 40 milyard dollar ayıracaq.

APA xəbər verir ki, bu barədə Taybey rəhbəri Lay Tsinde The Washington Post üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, ayrılacaq vəsait əsasən ABŞ-dan silah tədarükünə yönəldiləcək.

Lay Tsinde həmçinin vurğulayıb ki, gələcəkdə ada rəhbərliyi müdafiə texnologiyalarının və hərbi sənayenin inkişafına daha çox sərmayə qoymağı planlaşdırır.