15:55
728
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Ukrayna üzrə hazırladığı sülh planının yenidən işlənilməsi təklifini şərh edərkən, onun rədd edilməsinə eyham vurub.
O, bu barədə brifinqdə bildirib.
Rusiya xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın sülh planını mediaya sızdıranları tənqid edib: “Sənədlərin araşdırılması zamanı onları qəsdən mediaya sızdıraraq informasiya qalmaqalı yaratmaq istəyənlər Trampın səylərini pozmağa və planı öz baxışlarına uyğun yenidən formalaşdırmağa çalışırlar”.
Həmçinin Sergey Lavrov deyib ki, Rusiya ABŞ tərəfinin Avropa və Ukrayna ilə razılaşdırdığı planın bir nüsxəsini təqdim etməsini gözləyir.
“Rusiya ilə ABŞ arasında rabitə kanalları mövcuddur. Avropalılar və ukraynalılarla mətnin razılaşdırılması başa çatdıqdan sonra müvafiq versiyanı bizə təqdim etmələrini gözləyirik”.
Xarici işlər naziri vurğulayıb ki, Moskva həmin vaxta qədər gözləyəcək: “Əgər Alyaska sammitində (Vladimir Putin-Donald Tramp görüşündə) razılaşdırılanlar silinərsə və ya dəyişdirilərsə, vəziyyət tamamilə fərqli olacaq”.